Avropa çempionatında komanda sayı artmayacaq
Avropa çempionatında komanda sayının artırılması planı təxirə düşüb. UEFA 2028-ci ildəki yarışda 32 yığmanın iştirakı ilə bağlı planından imtina edib. Buna teleyayımçı şirkətlərin quruma xəbərdarlığı səbəb olub. Onlar bildirib ki, 55 ölkədən 32-nin qatıldığı final mərhələsi kommersiya baxımından böyük maraq doğurmur. Çünki ehtimal oluna bilən və heç nə həll etməyən matçların sayı artacaq.