Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb
2021-02-17 14:10
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb. Qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşü saat 19-da başlayacaq. Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.
Fərid Mehdiyev