Avropa çempionatının qalibi olan güləş millimiz Bakıya qayıdıb
Serbiyada 17 yaşlılar arasında Avropa çempionatında birinci olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb. Komandanın 10 üzvündən 9-u medal qazanıb. 3 qızıl, 2 gümüş və 4 bürünc medalla Azərbaycan 183 xalla komanda hesabında 3-cü dəfə qitə çempionluğunu qazanıb. Millimiz ikinci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb.
Azad Mustafayev