Avropa çempionatının qəhrəmanları Vətəndə böyük çoşqu ilə qarşılanıblar
2021-06-13 10:08
Avropa çempionu olan mini futbol üzrə Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən Vətənə qayıdıb. Yığmanı gətirən təyyarə saat 03:20 da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava Limanında komandanı idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və futbolsevərlər qarşılayıblar.
Nərgiz camal