Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı həlledici görüşdə gürcüstanlı rəqibi İliya Sulamanidzeyə qalib gəlib. Bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıldır. Daha əvvəl Hidayət Heydərov 73 kq-da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib..
Emin İsazadə