Avropa çempionatı: Azərbaycanın minifutbol millisi 1/4 finala yüksəlib
Azərbaycanın minifutbol millisi Avropa çempionatında 1/4 finala yüksəlib. Slovakiyada keçirilən 1/8 final oyununda yığmamız Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib. Millimiz növbəti mərhələdə Çexiya ilə qarşılaşacaq.

