Avropa çempionatı: Azərbaycanın daha üç boksçusu 1/4 finala, ikisi yarımfinala vəsiqə qazanıb
Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu növbəti mərhələyə yüksəlib.Nihad Məmmədli və İsmayıl Nəsirzadə 1/4 finala vəsiqə qazanıblar. Məhəmmədəli İstamov, Səma Abbasova və Xumar Cəfərli isə yarımfinala yüksəliblər. Yarımfinalçılarımız bununla da ən azı bürünc medalı təmin ediblər.Azərbaycan millisinin 1/4 finala yüksələn boksçularının sayı 11-ə çatıb. 1/4 final döyüşləri bu gün, yarımfinallar isə oktyabrın 9-da keçiriləcək.
8 oktyabr 2026

