Avronest Ermənistanın Laçın yolu ilə bağlı qətnamələrini rədd edib
Avronest Parlament Assambleyası Ermənistanın 7 qətnaməsini qəbul etməyib. Kişinyovda keçirilən 10-cu sessiyasında Ertmənistan nümayəndə heyəti tərəfindən təklif olunan dəyişikliklər “Laçın koridorunun açılması”, “Dağlıq Qarabağın blokadadan çıxarılması”, “Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxarılması”, “ATƏT-in Minsk qrupunun aktivləşdirilməsi”, kimi çağırışları əhatə edib. Azərbaycan nümayəndə heyətinin həm ikitərəfli görüşlərdə etdiyi səylər, həm də komitə və plenar iclaslarda çıxışlarda gətirdiyi arqumentlər nəticəsində Ermənistan nümayəndə heyətinin bütün layihələri Assambleya nümayəndələri tərəfindən rədd edilib.
Vəfa Şairova