Avroliqanın 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində gecənin sensasiyası Kataloniyada qeyd alınıb
2021-04-15 10:08
Avroliqanın 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində gecənin sensasiyası Kataloniyada qeyd alınıb. "Ayntraxt"a 3:2 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. Frankfurt təmsilçisi ilə yanaşı, "Reyncers", "Vest Hem" və "Leyptsiq" klubları da 1/4 final səddini uğurla dəf edib. Konfrans Liqasında da yarımfinalın bütün iştirakçıları bəlli olub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-a 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb. "Olimpik"lə yanaşı, "Lester, "Feyenoord" və "Roma" klubları da yarımfinala keçiblər.
Nərgiz camal