Avroliqada “Qarabağ”ın potensial rəqibləri bilinib
Çempionlar Liqasından Avropa Liqasına düşən bütün 8 komanda bəlli olub. Onların “pley-off”da rəqibləri Avropa Liqasında öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi bu gün “Hekken”ə qarşı Avropa Liqasında qrupun son oyununa çıxacaq. Bakıda keçiriləcək bu görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.
Fərid Mehdiyev