Avrokuboklar bir oyundan ibarət olacaq
2020-04-14 10:05
Avropa Klubları Assosiasiyası və UEFA cari mövsümün başa çatdırılmasına dair razılığa gəliblər. Bütün çempionatların oktyabrın sonlarına nəzərdə tutulan təxirə salınmış avrokubok oyunlarınadək təşkili planlaşdırılır. Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb.
Fərid Mehdiyev