Avrokubokların qrup mərhələsinin ilk oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb
2020-10-23 12:01
Avrokubokların qrup mərhələsinin ilk oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb. I tur çərçivəsində baş tutan Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub. Siyahının ilk “100-lüy”ündə yer alan yeganə Azərbaycan klubu “Qarabağ”ın mövqeyi dəyişməyib. Ağdam təmsilçisi 21 xalla 64-65-ci yerləri bölüşür. “Qarabağ” Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir. Qurban Qurbanovun yetirmələri 61-63-cü olan PSV , “Milan” və “Standard”dan 1 xal geri qalır. Reytinqə 113 xala malik Almaniya “Bavariya”sı başçılıq edir.
Fərid Mehdiyev