Avrokubokların qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb

2020-11-06 12:01

Avrokubokların qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub. Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə klubu “Qarabağ”ın da mövqeyi dəyişib. Türkiyədə “Sivasspor”a 0:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri 65-ci pillədə qərarlaşıb. Ötən həftə ilə müqayisədə 1 pillə geriləyən Azərbaycan çempionunun aktivində 21 xal var. “Qarabağ”ın geriləməsinə “Reyncers” səbəb olub. 64-cü sıraya yüksələn Şotlandiya təmsilçisinin hesabında 21,250 xal var. Reytinqə 117 xala malik Almaniya “Bavariya”sı başçılıq edir. İspaniya təmsilçilərindən “Barselona”nın 112, “Real”ın 108 xalı var.

Nərgiz Camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik