Avrokubok oyunları bir dəqiqəlik sükutla başlayacaq
2020-08-04 10:06
Avokubokların bütün görüşləri bir dəqiqəlik sükutla başlayacaq. UEFA-nın qərarına əsasən, oyunlarından öncə koronavirus pandemiyasının qurbanlarının xatirəsi yad olunacaq. Həmçinin, bütün oyunçuların futbolkalarında “Təşəkkür edirəm” ifadəsi yazılacaq. Bu, çətin dövrdə futbolun qayıtması üçün çalışan təşkilatçıların xidmətlərinə ehtiram əlaməti olacaq. Avropa Liqası avqustun 5-də, Çempionlar Liqası isə 2 gün sonra 1/8 finalın baş tutmayan oyunları ilə bərpa olunacaq.
Vəfa Şairova