AVRO-2028-in seçmə mərhələsi: Azərbaycan millisinin yer aldığı səbət müəyyənləşdi
2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında Azərbaycan millisi beşinci səbətdə yer alacaq.Azərbaycan millisi Malta, Litva, Andorra, Cəbəllütariq və Lixtenşteynlə birlikdə sonuncu səbətdə qərarlaşıb.Püşkatma mərasimi dekabrın 6-da Belfastda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.AVRO-2028-in final mərhələsində 24 komanda mübarizə aparacaq. Onlardan 20-si seçmə mərhələnin nəticələrinə əsasən müəyyənləşəcək.
18 noyabr 2026

