AVRO-2024-də Türkiyə ilk matçında qələbə qazanıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunun ilk görüşləri keçirilib. Türkiyə Gürcüstan üzərində 3:1, Portuqaliya isə Çexiyanı 2:1 hesabı ilə üstələyib. Bu gün Avropa çempionatında qrup mərhələsinin 2-ci turuna start veriləcək. Günün ilk oyunu B qrupu çərçivəsində saat 17-də Xorvatiya və Albaniya yığmaları arasında keçiriləcək. Saat 20-də A qrupunda Almaniya Macarıstanı sınağa çəkəcək. Bu qrupun digər oyunu isə saat 23-də Şotlandiya və İsveçrə yığmaları arasında olacaq.
Vüsalə Cənnətova