Avro-2024-də İspaniya və İtaliya 1/8 finaldadır
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda B qrupunda Albaniya - İspaniya görüşü "buğalar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupun digər qarşılaşmasında isə Xorvatiya - İtaliya ilə 1:1 hesablı heç-heçə edib.
Son oyunlardan sonra qrupu ilk sırada bitirən İspaniya və ikinci pillədə qərarlaşan İtaliya 1/8 finala vəsiqə qazanıblar.
III turun növbəti görüşləri bu gün C və D qruplarında keçiriləcək. Bakı vaxtilə saat 20-də D qrupunda Niderland Avstriya ilə, Fransa Polşayla üz-üzə gələcək.
Saat 23-də isə C qrupunda Danimarka Serbiyayla, İngiltərə isə Sloveniya ilə qarşılaşacaq.
Vüsalə Cənnətova