AVRO-2024-də bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində növbəti mərhələnin daha 2 iştirakçısı bəlli olub. İngiltərə Slovakiyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək.
İspaniya - Gürcüstan qarşılaşması isə 4:1 hesabı ilə başa çatıb. İspaniya növbəti mərhələdə Almaniyaya rəqib olub.
Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək. Axşam saat 8-də Düsseldorfda Fransa və Belçika milliləri üz-üzə gələcək. 3 saat sonra isə Frankfurtda Portuqaliya və Sloveniya yığmaları münasibətlərə aydınlıq gətirəcəklər.
Zülfiyyə Telmanqızı