AVRO-2024-ün seçmə mərhələsində IX tur davam edir
AVRO-2024-ün seçmə mərhələsində IX tur 3 qrupda keçiriləcək 7 oyunla davam edir. Qarşılaşmalar 3 ayrı vaxtda təşkil olunacaq. Saat 19-da Qazaxıstan San Marinonu qəbul edəcək. Növbəti iki oyun saat 21-də başlayacaq. Moldova – Albaniya və Finlandiya - Şimali İrlandiya münasibətlərinə aydınlıq gətirəcək. Danimarka – Sloveniya, Polşa – Çexiya, İngiltərə - Malta və İtaliya – Şimali Makedoniya matçları isə saat 23-də start götürəcək.
Emin İsazadə