AVRO-2024-ün seçmə mərhələsində ən az xal yığan komandalar bəlli olub
Kipr, Cəbəllütariq, Malta, San Marino və Lixtenşteyn yer aldıqları qrupları xalsız başa vurublar. F qrupunda 7 xal toplayan Azərbaycan millisi ən az xal əldə edən 13-cü yığmadır. De Byazinin baş məşqçisi olduğu kollektiv xalların sayına görə 41-ci pillədə qərarlaşıb. AVRO-2024-ün seçmə mərhələsində 53 ölkə mübarizə aparıb.
Fərid Mehdiyev