AVRO-2020-nin seçmə mərhələsində D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub

2019-11-19 10:08

AVRO-2020-nin seçmə mərhələsində D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub. İsveçrə səfərdə autsayder Cəbəllütariqlə qarşılaşıb. 1:6 hesabıyla qalib gələn qonaqlar AVRO-2020-yə birinci pillədə yollanıb. Bu qrupun İrlandiya Danimarka görüşü isə sülhlə bitib. 1:1 hesablı nəticə Danimarkanı qrup ikincisi kimi final mərhələsinə daşıyıb.

Fərid Mehdiyev