AVRO-2020-nin qrup mərhələsində II tura start verilib
2021-06-17 10:09
AVRO-2020-nin qrup mərhələsində II tura start verilib. Çempionatın 6-cı oyun günündə B qrupunda Rusiya Finlandiyaya minimal hesabla qalib gəlib. Matçın taleyini bir qol həll edib. A qrupunda Bakı Olimpiya Stadionunda Uels komandası 2:0 hesabı ilə Türkiyə millisinə qalib gəlib. Romada İtaliya İsveçrə komandasının qapısından üç cavabsız qol keçirib. Bu gün Belçika B qrupunda Danimarka ilə qarşılaşacaq. C qrupunda Ukrayna və Şimali Makedoniya, Niderland və Avstriya üz-üzə gələcəklər.
Fərid Mehdiyev