AVRO 2020-nin bütün oyunları İngiltərədə keçirilə bilər
2021-03-02 10:10
Böyük Britaniyanın baş naziri Boris Conson bu il keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı açıqlama verib. O, Londonda keçirilməsi nəzərdə tutulan oyunlardan başqa, digər görüşləri də İngiltərədə keçirməyə hazır olduqlarını bildirib. 2020-ci ildə keçirilməli olan AVRO-2020 koronavirus pandemiyası üzündən bu ilin 11 iyun - 11 iyul tarixlərinə təxirə salınıb. AVRO-2020 Bakıda daxil olmaqla qitənin 12 şəhərində təşkil olunmalıdır.
Nərgiz camal