Avro 2020-nin 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
2021-06-24 10:10
Futbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Dünə keçirilən oyunlarda bu nəticələr qeydə alınıb. İspaniya - Slovakiyaya 5:0, İsveç - Polşa 3:2, Fransa - Portuqaliya 2:2, Almaniya - Macarıstan 2:2. Qeydə alınan nəticələrdən sonra 1/8 finalda mübarizə aparacaq bütün cütlüklər müəyyənləşib. Buna görə, Uels – Danimarka, İtaliya – Avstriya, Niderland – Çexiya, Belçika – Portuqaliya, Xorvatiya – İspaniya, Fransa – İsveçrə, İngiltərə – Almaniya və İsveç – Ukrayna seçmələri 1/4 uğrunda güclərini sınayacaqlar. Çexiya - Niderland cütünü qalibi ilə Uels - Danimarka duelinin güclüsü yarım final uğrunda BOS-da üz-üzə gələcəklər.
Fərid Mehdiyev