AVRO-2020-də I turun son oyunları keçiriləcək
2021-06-15 10:00
Futbol üzrə Avropa çempionatının E qrupunda birinci turun oyunlarına yekun vurulub. İsveç və İspaniya komandalarının qarşılaşmasında qapılara qol vurulmayıb. Slovakiya komandası isə Polşa seçməsini 2:1 hesabı ilə üstələyib. Bu gün F qrupunda mübarizəyə start veriləcək. Portuqaliya Budapeştdə Macarıstanın qonağı olacaq. Münhendə isə Fransa Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Vüsalə Camal