Avqust ayında Azərbaycanda yaşama qaydalarına əməl etməyən 2000-dən çox əcnəbi qeydə alınıb

Bu ilin avqustunda Azərbaycanda müvəqqəti və daimi yaşama qaydalarına əməl etməyən 2492 əcnəbi qeydə alınıb. Dövlət Miqrasiya Xidmətinin hesabatına əsasən onlardan 21-nin sənədləri itdiyi üçün yenisi ilə əvəz olunub, 149 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 1844 əcnəbinin Azərbaycanın ərazisini 48 saat ərzində tərk etməsi, 478 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmasına qərar verilib.

Vəfa Şairova