ATU-da yaşıl texnologiyaların tətbiqinə başlanılıb
Azərbaycan Texnologiya Universitetində yaşıl texnologiyaların tətbiqi istiqamətində yeni layihəyə başlanılıb.Universitetin inzibati binalarından birinin üzərində 76 günəş paneli quraşdırılıb. Layihənin məqsədi enerji səmərəliliyini artırmaq və bərpaolunan enerjidən istifadəni genişləndirməkdir.
09 sentyabr 2026

