ATU-da ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) gənc tədqiqatçı və tələbələrdən ibarət komandası region universitetləri arasında bir ilkə imza ataraq, tam yerli imkanlarla hazırlanmış süni intellekt əsaslı ağıllı elektrik avtomobili – “ATU-Car” layihəsini ictimaiyyətə təqdim edib. Layihənin təqdimatı “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində keçirilib.

Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev “ATU-Car” layihəsi haqqında məlumat verib:

SİNXRON: Şamo Salayev - ATU-nun İnnovasiya Mərkəzinin direktoru: "Müasir dünya yaşıl enerji dünyasıdır və artıq daxili yanma mühərrikləri ildən-ilə azalmağa başlayır, xüsusilə də onların istehsalı. Bunun nəticəsində biz alternativ enerji ilə işləyən, batareya sistemi və ağıllı idarəetmə texnologiyası ilə təchiz olunmuş bir avtomobil hazırlamaq qərarına gəldik. Məqsədimiz bu avtomobilin MVP-sini təqdim edərək gələcəkdə layihəni daha da genişləndirmək, karqo və xüsusilə daşıma funksiyasına malik sistemlərlə təchiz edib dövlətimizə və vətənimizə yerli istehsal olan bir məhsul təqdim etməkdir. Hazırda biz avtomobilin bütün təhlükəsizlik və lidar sistemlərini təmin etmişik. Bu sistem 800 metr məsafəni algılaya bilir. Hərəkət və yürüş məsələləri isə növbəti mərhələlərdə təqdim olunacaq. Əsas məqsədimiz elektrik sistemi və proqram təminatını tamamilə yerli məhsul kimi özümüz yığmaqdan ibarətdir".

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik