Atletimiz qadınlar arasında Azərbaycan rekordunu yeniləyib
Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında mübarizəni dayandırıb. 28 yaşlı idmançı üçtəkanla tullanma növü üzrə 13.55 m nəticə göstərib. Sariyeva final mərhələsinə vəsiqə qazana bilməsə də, bu, onun qadınlar arasında Azərbaycan rekordunu yeniləməsi üçün yetərli olub.
Vüsalə Cənnətova