Canlı
Atletika üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb

2018-02-08 / 14:06

Martın 1-də İngiltərənin Birmingem şəhərində start götürəcək qapalı məkanda atletika üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb. 4 gün davam edəcək yarışa cəmi 2 kişi atlet lisenziya qazanıb. Aleksis Kopelyo 3 təkanla uzununa tullanma, Hayle İbrahimov 3000 metr məsafəyə qaçış növlərində mübarizə aparacaq. Proqrama əsasən, Kopelyo martın 3-də, İbrahimov isə martın 4-də final mərhələsində çıxış edəcək.

Ruhəngiz Hacızadə