Atletika üzrə Azərbaycan çempionatı keçirilir
2021-06-03 12:04
İyunun 3-də və 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Azərbaycan çempionatı keçirilir. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 90 idmançı iştirak edir. Oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda Azərbaycanın paytaxt klubları ilə yanaşı, regionlardan idmançılar da öz qüvvələrini sınayırlar.
Nərgiz camal