Atanın aşırdığı traktor oğulu canından etdi
2020-06-23 16:03
Bərdənin Yeni Daşkənd kəndi ərazisində baş verən qəza ilə bağlı cinayət işi açılıb. 49 yaşlı Səyavuş Məmmədov özünə məxsus traktorla oğlu 15 yaşlı Elnur Məmmədli ilə birlikdə rayon ərazisində yolda hərəkətdə olarkən idarəetməni itirib. Traktorun aşması nəticəsində oğul müxtəlif bədən xəsarətləri alıb və hadisə yerində ölüb.
Vüsalə Camal