Ata təcridxanadakı oğluna narkotik maddə keçirməyə cəhd edib
Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Mehman Səmədova atası Şöhrət Səmədov tərəfindən gətirilən sovqat yoxlanılıb. Əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev