"ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır- Hikmət Hacıyev
2020-01-26 10:05
"ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmalıdır". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual müzakirəsində çıxışı zamanı deyib. ATƏT-in Minsk Qrupunun Azərbaycandakı reputasiyasının aşağı olmasının təşkilatın 25 ildən artıq müddətdə münaqişənin həllinə real töhfə verə bilməməsi ilə bağlı olduğunu vurğulayan Hikmət Hacıyev onu da bildirib ki, artıq regionda situasiya tamamilə dəyişib.
Nərgiz camal