ATƏT-in müşahidə missiyası Azərbaycanda fəaliyyətə başlayıb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Missiyanın rəhbəri İoğan Mörfinin sözlərinə görə, 9 ölkədən 11 beynəlxalq ekspert missiyanın tərkibinə daxildir. Seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir. Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib.
Fərid Mehdiyev