Canlı
ATƏT-də yayılmış "bəyanat" təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini əks etdirmir

2018-03-08 / 08:58

Dağlıq Qarabağın separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də yayılmış "bəyanat" təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir aidiyyatı yoxdur. Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin erməni KİV-lərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də bir "bəyanat"ın "rəsmi sənəd" kimi yayılması barədə informasiya ilə əlaqədar məlumatında deyilir. Nümayəndəlik qeyd edir ki, ATƏT çərçivəsində müəyyən edilmiş təcrübəyə uyğun olaraq, təşkilatın katibliyi hər-bir üzv-ölkənin xahişi ilə ondan qəbul edilmiş istənilən sənədi onu dəyişmədən yayır.

Vəfa Şairova