ATƏT Azərbaycana dəstəyində sadiqdir. İsveç XİN
2020-02-04 10:00
Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi. İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən belə deyilib. Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq. ATƏT təhlükəsizliyin təmin olunması üzrə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstəyində sadiqdir.
Vüsalə Camal