Canlı
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

2017-12-07 / 10:00

Bu gün ATƏT-ə üzv olan 40-dan çox ölkənin xarici işlər naziri Vyanada qurumun XİN Şurasının illik iclasında bir araya gələcək. Görüşdə hərbi münaqişələrin nizamlanması, terrorçuluqla mübarizə, silahlanmaya nəzarət müzakirə olunacaq, həmçinin Avstriyanın 2017-ci ildə təşkilatda sədrliyinə yekun vurulacaq və sədrlik 1 yanvar 2018-ci il tarixindən İtaliyaya keçəcək. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. Sammitdə Dağlıq Qarabağ və Dnestryanı, həmçinin Ukrayna münaqişələrinin nizamlanması məsələləri də diqqət mərkəzində olacaq.

Vəfa Şairova