Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək
2020-11-12 12:01
“Sabah Rusiya nümayəndə heyəti gələcək, Rusiya və Türkiyənin birgə yer alacağı atəşkəsə nəzarət mərkəzi ilə bağlı müzakirə aparılacaq”. Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, atəşkəsə nəzarət üçün yaradılacaq mərkəz razılaşmanın yerinə yetirilməsi yönündə mühüm işlər görəcək. Mərkəzin iş prinsipini ortaq işçi qrupu müəyyənləşdirəcək. Mərkəz və şöbələri Azərbaycanın müəyyənləşdirdiyi yerdə yerləşəcək.
Vüsalə Camal