Atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma növündə qaliblər müəyyənləşib. Qızıl və gümüş medallar Koreyanı təmsil edən atletlərin hesabına yazılıb. Almaniyanı təmsil edən Jozefin Eder bu Dünya Kubokunda ardıcıl ikinci dəfə bürünc medalın sevincini yaşayıb. Kim 42 dəfə dəqiq atəşlə həm də bu növdə yeni dünya rekorduna imza atıb.
Vüsalə Cənnətova