Astaranın ən ucqar kəndində yeni məktəb binası tikilir

Astaranın ən ucqar kəndlərindən sayılan və rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşən Sım kəndində yeni məktəbin tikintisi aparılır. İki mərtəbəli, 180 yerlik məktəbdə 40 otaq var ki, ondan da 18-i sinif otağı kimi nəzərdə tutulub. Məktəbdə tam müasir fənn kabinetləri, laboratoriya və əsas korpusa bitişik idman zalı yaradılacaq. Məktəbin 2016-cı ilin əvvəlinə qədər istifadəyə verilməsi planlaşdırılır.

Ruhəngiz Hacızadə