Astarada sel fəsadlar törədib
Ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində Astaranın Vaqo kəndindəki körpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib. Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.
Nərgiz Camalzadə