Canlı
Astarada sürücü infarkt keçirdi, avtomobil dərəyə aşdı

2017-12-29 / 18:12

Astaranın Kişəbə qəsəbəsi ərazisində sürücü sükan arxasında ürəktutmasından dünyasını dəyişib. Nəticədə idarəetmədən çıxan “Niva” dərəyə aşıb. Avtomobildə olan üç sərnişin xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Daha bir qəza Yevlaxda olub. Yüksək sürrətlə hərəkətdə olan "Daewoo-centra" markalı avtomobilin qəzaya düşməsi nəticəsində sürücü və sərnişini ağır yaralanıb.

Vüsalə Camal