Astarada qanun pozucuları sərhədçilərə bıçaqla müqavimət göstəriblər
2021-04-23 10:10
Astarada Xəzər dənizinin sahilində "Opel Astra" markalı avtomobilin əraziyə yaxınlaşması və maşından düşən iki nəfərin sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhədçilərin diqqətini cəlb edib. Onların Bakı sakinləri Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib. Albabayev sərhədçilərə bıçaqla müqavimət göstərsə də, tərksilah olunub. Maşını sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən Bakı sakini İbrahimov Sultan Qabil oğlu da saxlanılıb. Aşkarlanmış bağlamadan isə 7 kiloqram 755 qram marixuana götürülüb.
Fərid Mehdiyev