Canlı
Astarada keçmiş məhkumdan 2 kq narkotik götürülüb

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Cabbar Muxtarovdan 10 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram marixuana aşkarlanıb.

Fərid Mehdiyev