Astarada gəlin qaynatasını bıçaqlayıb
2020-09-14 10:06
Astara rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonunun Maşxan kəndində Şahağaçı kəndindən olan 25 yaşlı Aysel Axundova qaynatası 60 yaşlı Nadir Axundovu bıçaqlayıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Axundov əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev