Astarada avtobus işıq dirəyinə çırpılıb, xəsarət alan var
Astaranın Şahagaci kəndi ərazisində avtobusda yaranan texniki nasazlıq səbəbindən sürücü Camal Kamal oğlu Hüseynov idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə baş verən anda avtobusda sərnişin olmayıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.