Astarada 77 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Ötən gün Astaranın Kakalos kəndində yerli sakin, 1946-cı il təvəllüdlü Zeynəb Məmmədova öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən kənd sakinləri - 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü, Şəmkir sakini Bəhruz Suleymanov saxlanılıblar. Onlar əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədiblər. Rayon prokurorluğunda ibtidai istintaq davam etdirilir.
Nərgiz Camalzadə