Astarada 51 kiloqram narkotik aşkarlanıb, həbs olunan var
Polis əməkdaşları Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayevi saxlayıblar. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 51 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. İ.Ağayev nakrotiki İran vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib.
Fərid Mehdiyev