Astarada Şimal-cənub nəqliyyat dəhlizinin reallaşdırılması məsələləri müzakirə olunub
Astarada Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə birgə komissiyasının həmsədrləri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətinin geniş tərkibli görüşü keçirilib. Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb. Görüş eyni tərkibdə İranın Astara şəhərində davam etdiriləcək.
Vəfa Şairova